Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31