Rusiyadan Kiyevdəki səfirliyimizlə bağlı ağlasığmaz iddia
11:42 SiyasətUkraynadakı Azərbaycan səfirliyinin yerləşdiyi ərazini "İsgəndər" raketi ilə atəşə tutan və bu səbəbdən rəsmi Bakının kəskin etirazına səbəb olan Rusiya tərəfi ağlasığmaz və heyrətamiz iddia ilə çıxış edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası xəbər tirajlayıb. "Hərbi mənbə aydınlaşdırıb ki, Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanı əks etdirən videogörüntülər onun Ukrayna Hərbi Hava Qüvvələrinin "Patriot" zenit raketi ilə vurulduğunu göstərir",- TASS yazıb.
İddia olunur ki, əgər "İsgəndər" raketi düşsəydi, krater Ukrayna videosunda göstəriləndən dəfələrlə böyük və dərin olardı və səfirlik kompleksi üçün nəticələr əhəmiyyətli dərəcədə dağıntı ilə xarakterizə olunardı. Əgər "İsgəndər"in döyüş başlığı havada partlasaydı, təkcə səfirlik binalarına deyil, şəhərdəki bütün ətraf binalara dəymiş ziyan çox olardı.
Bu, ilk dəfə deyil ki, Kiyev rejimi şəhər daxilində yerləşdirilmiş Ukrayna hava hücumundan müdafiə ekipajlarının qeyri-peşəkar hərəkətlərini Rusiyanın mülki infrastruktura iddia edilən zərbələrinin nəticələri kimi gizlətməyə çalışır", - agentliyin mənbəsi iddialarını davam etdirib. (Musavat.com)