İlham Əliyev Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsi barədə: Bu cür hücumlar qəbuledilməzdir
17:03 SiyasətPrezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Olaylar.az-ın məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.
Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31