Prezidentin fikirləri ona mesajdır ki, vəzifə imtiyaz yox, xidmət missiyasıdır- ÖZƏL

12 noyabr 2025-ci ildə Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edən Prezident İlham Əliyevin çıxışı, ölkənin dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxışda dövlət başçısı həm strateji istiqamətləri müəyyənləşdirdi, həm də idarəçilik mədəniyyətinin mənəvi dayaqlarını bir daha aydın şəkildə göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin "Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız" fikri, əslində, məmur təyin olunmaqla bitməyən, əksinə, xalq qarşısında başlanğıc götürən məsuliyyət anlayışını təsbit edir. Bu, bir mesajdır ki, vəzifə imtiyaz yox, xidmət missiyasıdır.
Prezidentin vurğuladığı "xalqa xidmət etmək, xalqla bir yerdə olmaq" tələbi müasir Azərbaycan idarəçilik sistemində dövlət və vətəndaş münasibətlərinin təməl fəlsəfəsini formalaşdırır. Bu, təkcə inzibati çağırış deyil, həm də siyasi-mənəvi prinsipdir. Azərbaycan Prezidenti bu modeldə dövlətin uğurunun açarını xalqa yaxınlıq, şəffaflıq və məsuliyyətli xidmət kimi dəyərlərdə görür. Ölkə rəhbərinin "Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır" sözləri sadə görünsə də, dərin mənaya malikdir. Çünki təvazökarlıq burada fərdi keyfiyyət yox, dövlət idarəçiliyinin davranış standartıdır. Bu, xalqla məmur arasında səmimiyyət körpüsünü qoruyan əsas şərtdir.
Təəssüf ki, Prezidentin də qeyd etdiyi kimi, bəzi hallarda məmurlar təkəbbürə qapılaraq özlərini cəmiyyətdən üstün tuturlar. Bu, təkcə şəxsi səhv deyil, dövlətin nüfuzuna zərbədir. Ona görə də, məmur öz davranışında, həyat tərzində, ailə və ətraf mühitdə belə nümunə olmalıdır. Ölkə rəhbəri çıxışı ilə mesaj verdi ki, korrupsiya və rüşvətə qarşı sistemli mübarizə məsuliyyət dövrü başlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31