Böyük şəhərlərə miqrasiya meyillərinin qarşısını alınmalıdır- ÖZƏL

"Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bu gün bütün bölgələrdə müsbət dinamika müşahidə olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərimiz başda olmaqla bütün regionlarda müasir standartlara uyğun infrastruktur qurulub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Dövlət başçımız yerlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini də yenidən gündəmə gətirdi. Bu kontekstdə bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Məqsəd bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyillərinin qarşısını almaqdır. Hazırda regionlarda bu məqsədlə müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Cənab Prezidentin yerlərdəki rəhbərlər qarşısındakı tələblərindən biri də iş yerlərinin yaradılması, iş adamlarına şərait yaradılması ilə bağlıdır. Yerli istehsalın inkişafı ilk növbədə məşğulluq məsələlərini təmin edir ki, bu da əhalinin rifahının yaxşılaşmasını təmin edən əsas faktorlardan biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31