İcra başçılarının əsas vəzifəsi vətəndaş məmnuniyyətini təmin etməkdir- ÖZƏL

"Prezident İlham Əliyev həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Dövlət başçısı daim qeyd edir ki, "məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar". "Olaylar" xəbər erir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, təvazökar olmalıdırlar". Bu baxımdan Prezident çıxışında icra başçılarına xalqdan ayrılmamağı və vətəndaşlarla birbaşa ünsiyyəti prioritet hesab etməyi qəti şəkildə tələb etdi. İcra başçıları və səlahiyyətli nümayəndə xalqın problemlərini yerindəcə, operativ şəkildə həll etməli, səmimi və açıq olmalıdırlar. Müraciətlərə baxılarkən subyektiv yanaşmaya yol verilməməli, vətəndaşlara qarşı hörmət və diqqət ən yüksək səviyyədə təmin edilməlidir. Prezidentin icra başçılarının qarşısında qoyduğu əsas vəzifəsi vətəndaş məmnuniyyətini təmin etməkdir.
Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan tablo ilə qarşılaşırıq. Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31