“Konstitusiya və Suverenlik İli” yeni mərhələnin əsasını təşkil edir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu Sərəncam və onun əsasında təsdiq edilmiş "Tədbirlər Planı" dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib: "Konstitusiya Ali Qanun kimi dövlətin hüquq sisteminin əsasını təşkil edir və cəmiyyətdə siyasi sabitliyin təminatçısı qismində çıxış edir. Azərbaycan Konstitusiyasının yaradılması, dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.  Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təcəssümüdür. Konstitusiya xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31