XİN Emin İbrahimovun həlak olması ilə əlaqədar başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının keçmiş müxbiri Emin İbrahimovun faciəli şəkildə həlak olması ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Azərbaycan jurnalistikasının peşəkar nümayəndəsi kimi həm ölkəmizdə, həm də beynəlxalq media mühitində yer tutmuş Emin İbrahimovun xüsusilə Vətən müharibəsi dövründə hazırladığı reportajlar obyektivliyi, vətənpərvərliyi və yüksək peşəkarlığı ilə yadda qalıb", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, azərbaycanlı jurnalist, "Euronews" telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31