Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik irsini layiqincə davam etdirir- ÖZƏL

"Ulu Öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin ilk illərində həyata keçirilən əsaslı islahatlar hüquqi, dünyəvi dövlət quruculuğuna yol açdı. Ölkə tarixinin ən çətin dövrlərində Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik təlimi və onun tərkib hissəsi olan Konstitusiya müstəqil Azərbaycanın bugünkü uğurlarının və gələcək inkişafının təməlini qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik irsini layiqincə davam etdirir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixdə qalacaq. Həmin illərdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi və azərbaycançılıq məfkurəsi formalaşdı. Bu əsaslar bu gün də xalqımıza yol göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri və oktyabrın 15-də Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması nəticəsində ölkəmizin suverenliyi və konstitusion hüquqları tam bərpa edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31