Hər bir məmur təvazökar, ədalətli və xalqa yaxın olmalıdır- ÖZƏL
12:57 Siyasət"Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edərkən xalqa xidmət, məsuliyyət və təmizlik prinsiplərini önə çəkdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Dövlət başçısı bildirdi ki, rəhbər vəzifə böyük etimad və məsuliyyətdir. Hər bir məmur təvazökar, ədalətli və xalqa yaxın olmalı, korrupsiya və qanunsuzluqlardan uzaq durmalıdır. Vəzifəyə təyinata etimad və məsuliyyət prizmasından baxmaq lazımdır. Məsuliyyət həm idarəçlik, həm də etik davranış kodeksini əhatə edir. Sosial ədalət prinsipinə riayət etmək olduqca önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31