Antiterror əməliyyatlarından sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi- ÖZƏL

"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan  Respublikasında 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu və Azərbaycan Respublikasının Konstitusiyasının bütün Azərbaycan ərazisində tətbiqi təmin edildi. Azərbaycan Respublikasının Konstitusiyası bu gün də siyasi sabitliyin təminatçısı, hüquqi, dünyəvi dövlət idarəsinin, demokratik inkişafın təməli rolunda çıxış edir. Dövlətimizin Əsas Qanunu müasir dövrdə ölkənin hüquqi  idarəetməsi, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, milli dövlətçilik dəyərlərinin,  ölkəmizin tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini özündə əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31