Cənab Prezidentin çıxışı “sosial məsuliyyət” anlayışı üzərində qurulmuşdu- ÖZƏL

! Cənab Prezident İlham Əliyev 12 noyabr tarixində Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini, bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları, yeri dəyişdirilən kadrları qəbul etdi. Qəbul zamanı dövlət başçımızın nitqi, istifafə etdiyi üslub və riktorika tam şəffaf idarəçilik sistemindən xəbər verir."   Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında   Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA  deyib:" Ali rəhbərliyin bu kadrlardan da tələb etdiyi dəyişməyən bircə amil oldu ki, o da xalqa ləyaqətlə xidmət etmək, xalqı özündən, özünü də insanlardan ayrı tutmamaqla bütünləşməkdir. Bu insanlar qarşısında əsas iş prinsipləri məhz dövlət başçımızın verdiyi tapşırıqlardır. "Məmur təkəbbürü" deyə yanlış anlayışın məqsədli formalaşdırılması xalqla dövlət arasında təmasın qırılmasına, etimadsızlıq mühitinin yaradılmasına xidmət edirdisə, məhz bu cür məmurların yetişdirilməsinin xoş amallara da xidmət etmədiyi məlum idi. Cənab Prezident bildirdi ki, artıq dövlət aparatında təmizlənmə işləri aparılıb.
Amalımız uzunmüddətli həyat qabiliyyətinə, yaşayıb-yaratmaq iradəsinə malik cəmiyyətə və hamı üçün davamlı gələcəyə investisiya qoyulmağa yönəldilməlidir. Davamlı inkişafa verilən töhfə sosial məsuliyyətdir."   ŞƏBNƏM  HƏSƏNOVAnın  sözlərinə görə buna görə də cənab Prezidentin bu çıxışı bütünlüklə "sosial məsuliyyət" anlayışı üzərində qurulmuşdu. Dövlət başçımızın nitqi boyu səsləndirdiyi hər bir fikir dəyərlidir, bir fikir isə həm də önəmlidir. O da "sizə heç kim qanunsuz tapşırıq verməyəcək" bəyanatıdır. Dövlət başçımız məmura yeni bir davranış donu biçdi. Bu don müasirliklə xalqın arasında bir olmağın mükəmməl şəkildə vəhdət təşkil oluna bilməyin mümkünlüyünün nümunəvi formasıdır:"  Sadəcə struktur, kadr islahatlarının yenilənməsi, təkmilləşdirilməsindən söhbət getmir, dəyərlər sistemimiz də yıxıcı, bölücü, ümumi işə kölgə salan amillərdən də, amallardan da, bunlara xidmət edən kəslərdən də uzaq tutulmalı, təmizlənməlidir. Buna görədir ki, dövlət başçımız qəbul etdiyi kadrlara bildirdi ki, istənilən neqativ halla bağlı dövlət başçısına məlumat verilməlidir. Bilərəkdən, məqsədli ummaq və ümumi payı udmaq niyyəti ilə vasitəli idarəçilikdən uzaq durulmalıdır. Məmur anlayışı indiyə qədər yanlış olan, təəssüflər olsun ki, bir qrup maraqlı şəxslərin müəyyənləşdirdiyi neqativ çərçivədən, ilk növbədə beyinlərdən təmizlənməlidir. Bu isə təvazökarlıqda gizlidir. "
ŞƏBNƏB  HƏSƏNOVA  bildirib  ki, formalaşmaqda olan yeni dünya nizamı sadəcə siyasi sistemin deyil, həmçinin sosial-iqtisadi həyatın da bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Nəticə etibarilə, əmək bazarında, o cümlədən dövlət qulluğunda da ciddi dəyişikliklər baş verir. Dövlət qulluqçuları üçün əmək bazarı getdikcə daha da mürəkkəbləşir. Yeni, çevik texnoloji həllər dövlət qulluqçularının dəyişikliklərə daim hazır olmasını və ömür boyu öyrənməsini zəruri edir. Ona görə zəruri ki, yeni dövrün atributu dəyişikliklərin miqdarı qədər, həm də onların meydana çıxma sürəti baxımından sürətli dəyişikliklərin özüdür. Texnoloji inkişaf özü ilə elə bir çağ gətirir və formalaşdırır ki, biz yavaşdan sürətliyə deyil, daha sürətliyə keçidi rejimində yaşayırıq:" Bu yaşayışı təmin etmək, belə bir cəmiyyətdə yaratmaq və xidmət etmək iqtidarında olan kəslər isə yalnız meritokrat əsaslarla formalaşdırılan kadrlardır. Çağırışlarla uyğunlaşmaq, sosial ədalət prinsipini əsas tutmaq, sədaqətli olmaq baxımından əksi demək olar ki, mümkünsüzdür. 
Dövlət idarəçiliyində mütərəqqi təcrübələrin sınaqdan keçirilməsindən, hətta uğursuzluğundan da çəkinməməliyik. Yalnız mərhələli şəkildə və həqiqətdə tətbiq etmək iradəsi və istəyi ortaya qoyduğumuz zaman inkişafa nail ola bilərik. Hansısa bir qütbün, hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə uzaq qitələrin standartının tətbiqindan isə bəli, çəkinməliyik. "Biz ənənəvi cəmiyyətik, bizim dəyərlərimiz ən mütərəqqi dəyərlərdir" dediyimiz zaman bircə dəfə təvazökar olmamaq şansını özümüzə tanımalıyıq. Bu dəyərlərə sadiq qalmaqla inkişafı tormozlamaq yox, onun önünü açmaq lazımdır. Savad, aydın vizyon, sayıq yanaşma, sədaqət bu işdə əsas prinsiplərdir. Azərbaycan iqtisadiyyatı və vətəndaşı dünya bazarlarına artıq birbaşa ayaq açıb, ən ucqar bölgələrimiz belə məhz bu reallıqlarla paralel inkişaf etməlidir. Ən azından bütün resurslar məhz bu istiqamətdə səfərbər olmalıdır.
Yüksək peşəkar idarəçilər lazımdır. Buna görə də məqsədi mütərəqqi, innovativ dünya insan resursları təcrübələrini nəzərə almaq olan, amalı insana xidmədən keçən, bu sahədə inzibati-hüquqi tənzimləmənin xüsusiyyətlərini nəzərə almağı sadəcə bilik və bacarıqlar baxımından deyil, təbiəti etibarı ilə də nəzərə alanlar önə çəkilməlidir. Bu dəfə kadrların yerdəyişməsi göstərdi ki, dövlət idarəçiliyində bu cür kadr bazası formalaşdırılıb.
Şübhəsiz ki, müsbət beynəlxalq təcrübədən yararlanmalıyıq, öyrənməliyik. Lakin elə bir əməli iş ortaya qoymalıyıq ki, mütərəqqi təcrübələrə öz töhfəmizi də qataq. Bu baxımdan savadlı kadrların verdikləri töhfələri də unutmaq olmaz. Azərbaycanda olduqca savadlı, peşəkar, həqiqətən vətənpərvər və ləyaqətli kadrlar var. "

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31