Konstitusiya dövləti olmaq hər xalqa nəsib olmur- ÖZƏL

"Konstitusiya ilində Konstitusiya Gününü qeyd etmək böyük xoşbəxtlikdir və heç də hər xalqa nəsib olmur. Əgər Qarabağ və Şəqri Zəngəzur üzərində Konstitusiya quruluşunu tam təmin edə bilməsə idik, 2025-ci il indiki kimi adlandırılacaqdımı? Əlbəttə, yox.  Demək ki, aparılan savaş, keçirilən əməliyyatlar təkcə işğal altındakı torpaqlarımızın geri qaytarılması üçün deyildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Azərbaycan Prezidentinin öz vəzifəsinə məhz Konstitusiyamıza əl basıb and içməklə başlaması  bir çox ölkələrdəki kimi formal xarakter daşıya bilməzdi və daşımadı da. Çünki biz "Candan keçilər, törədən keçilməz"!- deyən kişilərin törəmələriyik!
O kişilərin törəmələri olaraq da bu Konstitusiya və Suverenlik ilində tam əminliklə deyə bilərik ki, bəli, biz  Konstitusiya dövlətiyik.  Və Konstitusiya dövləti deyəndə təkcə hüququn aliliyindən, insan haqlarının yüksək səviyyədə qorunmasından söhbət getməməlidir. Konstitusiya dövləti olmaq ilk növbədə müstəqil siyasət yeridə bilmək,  suverenliyini və ərazi bütövlüyünü təmin etmək deməkdir. Ona görə də Konstitusiya dövlətinin vətəndaşı olaraq mən olduqca qürurluyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31