İnsan Hüquqları və Demokratik İnkişaf- ÖZƏL
15:30 Siyasət"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi müəyyən edir. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması və humanizm prinsipləri sənədin başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiya vətəndaşların hüquqlarını qoruyan, demokratik prinsiplərə sadiqliyi nümayiş etdirən sənəddir". "Olaylar"ın məlumatına görə, bunu YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini Xəyalə Novruzova deyib:
"Konstitusiyada hakimiyyətin bölgüsü, ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının funksiyaları vətəndaş iradəsinə söykənir. Bu, dövlətin qanunçuluq prinsipinə riayət etməsinə zəmin yaradır və vətəndaşların hüquqlarının qorunmasını təmin edir. İnsan hüquqlarının müdafiəsi dövlətin prioriteti kimi qəbul edilir.
Əlavə və dəyişikliklər vasitəsilə Konstitusiya dövrün tələblərinə uyğun təkmilləşdirilir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar hüquqların qorunmasını gücləndirdi, sosial-iqtisadi bazanı möhkəmləndirdi və idarəetmə sistemini modernləşdirdi. Bu dəyişikliklər ölkənin demokratik inkişafını və vətəndaşların rifahını dəstəkləyir.
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında hazırlanmış bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə də qorunur və tətbiq edilir. Konstitusiya vətəndaşların hüquq və azadlıqlarını təmin edir, dövlətin suverenliyini qoruyur və demokratik idarəetmənin möhkəm təməlini təşkil edir".