Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31