Konstitusiyamız xalqın iradəsini və əbədi suverenliyimizi təcəssüm etdirir- ÖZƏL
10:57 Siyasət"12 noyabr -Azərbaycan Respublikasının Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun əsasını təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də milli iradəmizin təcəssümü olan Konstitusiyamıza dərin ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, dövlətin ali dəyərlərini və əbədi suverenliyimizi təcəssüm etdirən ən yüksək hüquqi qüvvəyə malik sənəddir".