Səudiyyə Ərəbistanında idman sahəsində qadınların rolu müzakirə edilib- ÖZƏL

Milli Məclisin deputatı Könül Nurullayeva Səudiyyə Ərəbistanının İdman Nazirliyinin "İdmanda qadınlar" mövzusunda təşkil etdiyi konfransda iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunun gücləndirilməsi, qadın liderliyinin təşviqi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi idi. Qeyd edim ki, Zati-aliləri şahzadə Rima bint Bəndər Al Səud, Əlahəzrət şahzadə Nuf bint Xalid Al Səud, olimpiya və dünya çempionları Allison Feliks, İman Xəlif, İbtihac Məhəmməd, Sandaa əl-Dass, Zinnət Ferdus, Astu Ndiaye-Diatta, Manon Uaisimin və digər hörmətli qonaqların iştirakı ilə baş tutan platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31