Belə bir qəza ancaq təxribat nəticəsində mümkün ola bilər- ÖZƏL

Türkiyənin hərbi yük təyyarəsinə qəzaya uğraması da kənar müdaxilə ehtimalı ilə bağlı arqumentlər bəlkə də artıq öz təsdiqini tapıb. Sadəcə məsələyə həssaslıqla və soyuqqanlı yanaşıldığından bunun açıqlanması yubadılır. Bəs, kənar müdaxilələri əsaslandıran şərtlər hansılardır? Siyasi Şərhçi Mürtəza Bünyadlı "Olaylar"a bildirib ki,  kənar müdaxiləni şərtləndirən amillər aşağıdakılar ola bilər: "Təyyarənin  havada iki hissəyə parçalanaraq yerə düşməsi; Təyyarənin iki tərəfindən  yanması və idarəetməni itirməsi. Bu paylaşılan videolardan da aydın şəkildə görünməkdədir.
Təyyarənin havada parçalanması və yanma hadisəsinin baş verməsi qəzanın daşınan yük səbəbindən baş vermə ehtimalını sıfıra endirir. Bu hal təyyarədə hər hansı nasazlığın olmasımehtimalına da imkan yaratmır. Çünki təyyarə havaya qalxmadan öncə texniki baxışdan sonra qalxır. Burada nə qədər səhlənkərlığa yol verilsə də, belə bir qəzanın yaranması mümkünsüzdür. Belə bir qəza ancaq təxribat nəticəsində mümkün ola bilər. Ola bilsin ki,  təyyarənin hər iki tərəfdə olan motorları sıradan çıxarılıb, yaxud arxa və qarşı tərəf hədəf alınıb. Təyyarə yerə düşdükdən sonra partlayışa səbəb olub və yanıb".
Onun sözlərinə görə, əsas məsələlərdən biri qəzanın  kimlər tərəfindən və hansı şəraitdə baş verməsindən ibarətdir: "Təxribat  Azərbaycan -Türkiyə -Gürcüstan münasibətlərini pozmağa hesablana bilər. Bakıdakı hərbi paradda narahat olan güclər istisna deyil. Həmçinin, Bakı-Ankara-İslamabadın  yeni geosiyasi konfiqurasiya yaranmasından narahat olan güclər mövcuddur. Çünki Pakistanda bir qrup senatın baş nazirə Şahbaz Şərifə impiçment cəhdi, Məhkəmədə terror aktı da bu arqumenti gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31