Bu gün Azərbaycanda Konstitusiya Günüdür
01:34 SiyasətBu gün Azərbaycan Konstitusiyası Günüdür
Bu gün - 12 noyabr Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyasının qəbul edildiyi gündür.
Ölkənin əsas qanunu 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu sənəd Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qəbul edilən ilk Konstitusiya olub.
Azərbaycan dövlətinin ilk Konstitusiyası hələ 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Daha sonra 1925 və 1978-ci illərdə SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalar təsdiqlənmişdi.
Müstəqillik dövründə isə 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradılıb və layihə bir il sonra ümumxalq müzakirəsinə təqdim edilib. 1995-ci il noyabrın 12-də keçirilən referendumla Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub.
Hazırkı Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənədə 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin imzaladığı sərəncamla 12 noyabr "Konstitusiya Günü" elan olunub.