Zəfər günündə İlham Əliyevə xaricdən göndərilən mesaj – Ortaq nöqtə nədir?

İkinci Qarabağ müharibəsinin beşinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri tərəfindən təbriklər ünvanlanıb. Bu, Azərbaycanın regional və beynəlxalq səviyyədə əldə etdiyi uğurların tanınması kimi qiymətləndirilir. Təbriklər yalnız Azərbaycan ordusunun qəhrəmanlığı və ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı deyil, həm də dövlətimizin diplomatik mövqeyinin, strateji balansının və regiondakı nüfuzunun dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli qeyd edib ki, Zəfər Günü milli maraqlar baxımından ərazilərimizin bütövlüyü və suverenliyimizin bərpasını ifadə edir:

"Regional və beynəlxalq miqyasda bir münaqişə ocağının söndürülməsi və sülhün bərpasıdır. Ona görə də 8 Noyabr təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mənəvi, psixoloji və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hazırda dünyanın bir çox yerlərində müharibə və münaqişələr davam etdiyi bir vaxtda, dövlətlərin ərazi bütövlüyünün qorunması üçün 2-ci Qarabağ müharibəsi yaxşı bir nümunədir.

Xarici ölkə liderlərinin Azərbaycan Prezidentinə göndərdiyi təbriklər bir tərəfdən siyasi etiket olsa da, digər tərəfdən böyük siyasi mənaya malikdir. Təbrik göndərənlər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı hər cür müdaxiləni rədd etdiklərini nümayiş etdirir. Bu həm də siyasi həmrəylikdir, ədalətli qələbənin müdafiəsi və haqsız müharibələrə etirazdır.

Eyni zamanda Azərbaycanın son vaxtlar beynəlxalq siyasətdə oynadığı rol Prezident İlham Əliyevə gələn təbriklərin coğrafi miqyasını daha da genişləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31