Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib.

Olaylar xəbər verir ki, bu barədə nazirliyin "Facebook" hesabında paylaşım edilib.

"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31