Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir - Türkiyə Prezidenti
15:55 SiyasətTürkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sinxron şəkildə həyata keçirir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Zəfərdən sonra bölgədə sülh küləkləri əsir və Türkiyə olaraq biz bundan məmnunuq.
"Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzil tikintisi getdikcə artır. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - deyə Türkiyə prezidenti əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31