Üç dövlətin bir ürəkdə birləşməsinin göstəricisi

"Qələbəni Azərbaycan təkbaşına, öz gücü hesabına qazansa da, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının, haqsızlığa uğramış xalqların olan 8 Noyabr Zəfərinin 5 ilinə həsr edilmiş hərbi parad Azadlıq meydanında möhtəşəm keçdi. Olaylar xəbər verir ki, bunu Milli Məslis sədrinin müavini Musa Qasımlı deyib: "Qüdrətli Silahlı Qüvvələrimiz vardır. Qardaş Türkiyənin və Pakistanın hərbçilərinin paraddan keçməsi, rəhbərlərinin nitq söyləməsi  üç dövlətin bir ürəkdə birləşdiyini göstərir. Müdafiə sənayemizin yeni silahlarının nümayiş etdirilməsi qürurverici oldu. Bir vaxtlar heç patron da istehsal edə bilmirdik. Millətimizin həyatından bayram günləri əksik olmasın, atdığı hər bir addım qələbə izləri olsun! Bayramınız mübarək olsun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31