Bayraq  bir ölkənin, bir quruluşun, bir dövlətin  varlığı  mənasını daşıyır

"Bayraq Günü sadəcə bir rəmzi gün deyil. Milli kimliyimizin təsdiqi, qürurumuzun, xalqımızın müstəqilliyinin və dövlətin siyasi suverenliyinin   ifadəsidir.  Məhz bu milli kimliyimizin sayəsində dövlətimizin beynəlxalq arenada öz yeri, nüfuzu, dalğalanan bayraqların arasında üçrəngli bayrağımız var." Bu sözləri Olaylar.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Ağamirli deyib:"
 "Tarixi epoxada Bayraq hər bir xalq üçün müqəddəs olub, İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla, müqəddəs varlıq kimi  yanaşıblar. Çünki Bayraq  bir ölkənin, bir quruluşun, bir dövlətin  mövcudluğu, varlığı  mənasını daşıyır. Bu gün üçrəngli bayrağımız  şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad Qarabağda dalğalanır.  Qürurvericidir! Üçrəngli bayrağımız bizə həm də keçmişimizi,  keçmişdən dərs çıxarmağı xatırladır, gələcəyə isə inam verir. Onu ucaltmaq isə hər birimizin vətəndaş borcudur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31