Gədəbəydə Zəfər Günü ilə bağlı bayram konserti təşkil olunub
00:24 SiyasətGədəbəydə 8 Noyabr - Zəfər Günü münasibətilə bayram konserti keçirilib. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşdırılan tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov xalqımızın milli qürurunun təntənəsinə çevrilən Zəfər Gününün önəmindən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin böyük tarixi nailiyyət olduğu bildirilib. Rəngarəng konsert proqramından sonra bayram ziyafəti təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31