Bu ölkələrin rəsmiləri də paradı izlədi
00:11 SiyasətMəlum olduğu kimi, bu gün Bakıda hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edib.
Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, hərbi parad üçün paytaxtımıza gələn yüksəksəviyyəli qonaqlar arasında Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak, Serbiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Milan Moysiloviç, Qazaxıstan müdafiə naziri Dauren Kosanov, Qırğızıstan müdafiə naziri Ruslan Mukambetov, Özbəkistan və Səudiyyə Ərəbistanı müdafiə nazirlərinin müavinləri də olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31