Bu qürur günündə Azərbaycanda olmaqdan böyük şərəf duyuram - Türkiyəli turist

Bu mühüm gündə - 8 Noyabr - Zəfər Günündə Azərbaycanda olmaq mənim üçün böyük fəxr və qürur mənbəyidir.

Bunu 8 Noyabr - Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında türkiyəli turist Asım Güngör deyib.

O, Zəfər Günü münasibətilə təəssüratlarını bölüşüb:

"Burada, Azərbaycanın bu milli günündə olmaqdan çox qürur duyuram. Zəfər günümüz mübarək olsun! Arzu edirəm ki, millətimiz hər zaman birlik və bərabərlik içində yaşasın. Bu sevincli gündə hər kəsə can sağlığı diləyirəm".

Asım Güngör Azərbaycan və Türkiyə münasibətlərinə də toxunaraq qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri bənzərsizdir:

"Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Mən bu ideala inanan biri kimi hesab edirəm ki, biz təkcə qardaş deyilik, biz eyni kökdən, eyni mənəvi dəyərlərdən gələn bir millətik. Qardaşlıqda bəzən məsafə ola bilər, amma öz olmaqda daha dərin bir bağlılıq, daha çox dəyər var".

Türkiyəli qonaq sonda Azərbaycan və Türkiyə birliyinin əbədiliyinə inandığını vurğulayıb:

"Bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük və mənalı gündür. İnşallah bu birliyimiz, bu qardaşlığımız əbədi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31