Ərdoğan Azərbaycana GƏLDİ
13:01 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.
Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşıladılar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31