8 noyabr Zəfər günü – xalqın iradəsi, birliyi və yenilməzliyinin tarixi sübutudur

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsrlər boyu içində yaşatdığı haqq və ədalət arzusunu gerçəkləşdirdi. Uzun illər boyu  ürəklərdə sızlayan Qarabağ nisgili bu Zəfərlə sona çatdı. Xalq, ordu və dövlət bir yumruq kimi birləşdi və bu birlik nəticəsində tarix yenidən yazıldı.
Bu qələbə bizə öyrətdi ki, vətən sevgisi sözlə deyil, əməllə sübut olunur.  Necə ki, biz bunun şahidi olduq... Bu torpaq üzərində yaşayan hər kəs onun üçün döyüşməyə hazır idi. Qadın-kişi, gənc-yaşlı - fərq etmədən xalqın bütün təbəqələri eyni amal uğrunda birləşmişdi.
   Şuşanın azad olunması  xəbəri yayılanda yalnız hərbi qələbəni deyil, həm də ruhi dirçəlişi yaşadıq. Qələbə sevinci ilə yanaşı, gözlərimizdə şəhid analarının göz yaşı vardı. Bu Zəfər onların göz yaşları bahasına yazıldı.
 Azərbaycan Ordusu təkcə texnika ilə deyil, mənəvi gücü ilə döyüşdü. Bu gücün kökündə isə tarixi yaddaş, milli kimlik və torpağa bağlılıq dayanır.

Bu gün artıq Qarabağda həyat yenidən canlanır. Azad edilmiş torpaqlarda quruculuq, tikinti, bərpa işləri aparılır. Bu proses sadəcə şəhərlərin və kəndlərin bərpası deyil - xalqın ruhunun tamlanmasıdır.
Zəfər Günü bizə bir daha göstərdi ki,   
ədalət gec də olsa bərpa olunur.
Torpağın yaddaşı var .  Və o yaddaşdan heç nə silinmir.

Mətanət Ağamirli
Əməkdar jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31