Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə müzakirə apardı – FOTO
17:58 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.
Olaylar xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO-Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31