Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib

Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981‐ci il martın 24‐də Astara rayonu Əzərüd kəndində anadan olub. O, 1999-cu ildən Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmət edib və 2016-cı il aprelində Tərtər istiqamətində baş verən döyüşlərdə şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31