Tənzilə Narbayeva Zəfər Sahibə Qafarovaya təbrik məktubu göndərib
12:43 SiyasətÖzbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər Gününün ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, məktubda 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycan xalqı üçün əvəzsiz nailiyyət olduğu qeyd edilir, ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən şiddətli döyüşlərdə ordunun və xalqın yüksək birlik, sarsılmaz iradə nümayiş etdirməsindən məmnunluqla danışılır.
Məktubda Özbəkistan və Azərbaycan arasında qarşılıqlı dostluğa, dərin hörmətə və dövlət başçılarının etimadına əsaslanan strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə dərin inam ifadə olunur.