Azərbaycan xalqı tarixi missiyasını yerinə yetirdi- ÖZƏL

"Bu xalq torpağı namus hesab edir. Torpaqlarımız erməni işğalında qaldıqca yuxularımız şirin, başımız, qamətimiz dik ola bilməzdi. Biz özümüzdə güc hiss edən kimi o torpaqları geri almaq üçün ayağa qalxacaqdıq. 2016-ci ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrında olduğu kimi. Və sən demə apreldən maya, maydan iyula, iyuldan sentyabra uzanan yolun sonunda Zəfər varmış. O Zəfər ki, itirdiyimiz generalımızla, minlərlə şəhidimiz, yüzlərlə qazimizlə ona nail ola bildik". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz. Digər bir amilə diqqət yetirək. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, ölkəmiz öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirmək istəyirdilər. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş status-kvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31