Suriya prezidentinin ABŞ-a səfəri nə vəd edir?- ÖZƏL
14:10 Siyasət"Suriya prezidenti Əhməd əl-Şaraanın prezident Donald Trampla görüşmək üçün ABŞ-a səfər edəcəyi gözlənilir. Bu, Əsəd rejiminin süqutundan sonra ABŞ ilə münasibətlərdə tarixi bir dönüş nöqtəsi olacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Səfərin məqsədi əlaqələri tam normallaşdırmaq, iqtisadi yenidənqurmanı təmin etmək və yeni təhlükəsizlik münasibətləri qurmaqdır. Suriyanın səfərdən əsas məqsədlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Sanksiyaların daimi ləğvi (Sezar Aktı);
- Suriyanın İŞİD əleyhinə koalisiyaya daxil edilməsini rəsmiləşdirmək;
- Müharibədən sonrakı yenidənqurma üçün dəstək və investisiya təmin etmək;
- Suriya və İsrail arasında təhlükəsizlik müqaviləsinii hazırlamaq;
- Beynəlxalq legitimlik qazanmaq və diplomatik təcridə son qoymaq;
- Amerikanın dəstəyi ilə İranın bölgədəki təsirinin qarşısını almaq;
- Daxili təhlükəsizlik problemlərini həll etmək (məsələn, SDF-nin İraq ordusuna inteqrasiyası);
-Terrorizmin yenidən canlanmasının qarşısını almaq üçün Suriyaya dəstək əldə etmək".