Zəfərimizin 5 ili: Azərbaycanın qalib mövqeyi və yüksələn beynəlxalq nüfuzu - ÖZƏL

" Zəfər Günü Azərbaycanın müasir tarixini tamamilə dəyişdi. Azərbaycanın tarixi qələbə qazanması növbəti uğurları da formalaşdırdı. Beləliklə, ölkəmiz daxili və xarici siyasətdə nailiyyətlərini daha da genişləndirdi. Şübhəsiz ki, bu qələbə dövlətimizin siyasi iradəsinin, xalqımızın prinsipial mövqeyinin və milli birliyimizin ən parlaq nümunəsinə çevrildi". 
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Xalqımızın dirçəlişi, milli-etnik soykökünə bağlılığı, identikliyin müəyyən edilməsi və qarşıya çıxan çağırışlara cavab vermək yolunda bu tarixi qələbə müstəsna rol oynadı.
Çox şadıq ki, qələbəmizin 5 illiyi münasibətilə Azadlıq meydanında Zəfər paradı keçiriləcək. Bu 5 il ərzində biz suverenliyimizi təmin etdik, konstitusion quruluşumuzu bərqərar etdik və bu gün Azərbaycan öz bütün torpaqlarına nəzarət edir, ərazi bütövlüyünü, suverenliyini və sabitliyini təmin edib. Qalib dövlət statusu Azərbaycana beynəlxalq nüfuz, uğurlar qazandırdı. Cənab Prezident İlham Əliyevi bu gün dünyanın mötəbər toplantılarında xüsusi qonaq qismində görmək istəyirlər. Azərbaycan nəinki regional, hətta qlobal miqyasda sülhə və təhlükəsizliyə töhfə verir. Bir sıra mühüm sülh danışıqları meydançasında Azərbaycan fəal şəkildə yer alır. Bu, ölkəmizin beynəlxalq uğurlarının göstəricisidir. Qalib dövlətlə hesablaşılır, onun mövqeyi dinlənilir və qəbul edilir. Xarici tərəfdaşlarla, dostlarla münasibətlər daha da yeni səviyyəyə yüksəlib. Strateji tərəfdaşlıqlar, müttəfiqlik müqavilələri imzalanıb və bu da ölkəmizin təhlükəsizliyini təmin edir. Azərbaycanın beynəlxalq uğurlarının prioritetləri ortaya qoyulur. Dünya birliyində nümayiş olunur ki, bizim tərəfdaşlarımız, dostlarımız, müttəfiqlərimiz təhlükəsizlik aspektində ölkəmizə hər zaman yardım etməyə hazırdırlar. Bunun göstəricisidir ki, Zəfər paradında da biz dostluğumuzu, həmrəyliyimizi, birliyimizi yenidən görəcək və böyük coşqu ilə qeyd edəcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31