Məmdaninin qələbəsi Amerikada dəyişməkdə olan siyasi konyukturanın siqnalıdır- ÖZƏL
11:45 Siyasət"Zöhran Məmdaninin Nyu-York şəhərinin meri seçilməsi onun şəxsi keçmişi və təmsil etdiyi mütərəqqi siyasi hərəkata görə tarixi bir hadisədir. O, cəmi 34 yaşında o, 1892-ci ildən bəri ən gənc mer, Amerikanın ən böyük şəhərinin ilk müsəlman meri və Afrikada anadan olan ilk meri olur". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Məmdaninin qələbəsi sadəcə yerli seçkilərdən daha fövqəladə bir hadisə kimi qəbul edilir; bu, həm də Amerikada dəyişməkdə olan siyasi konyukturanın siqnalıdır.
Onun qələbəsi demokratik socialist qüvvələri üçün milli platforma rolunu oynayacaq. Amerikanın ən böyük şəhərində baş verən bu tarixi hadisə dünya dövlətləri və mütərəqqi cəmiyyətlər tərəfindən diqqətlə izləniləcək. Onun əldə edəcəyi uğurlar Amerikanı yeni, bu vaxta qədər bu ölkədə mövcud olmayan istiqamətə yönəldəcək. Lakin tənqidçilər onun siyasətinin şəhər iqtisadiyyatına zərər verə biləcəyindən narahatdırlar və Nyu-York kimi liberal bir qaladan kənarda onların cəlbediciliyini şübhə altına alırlar".