Sahibə Qafarova Braziliyaya işgüzar səfərə gedib
17:57 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfərə gəlib.
Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31