Ərəb Parlamentinin prezidenti Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb

Ərəb Parlamentinin prezidenti Mohamed Ahmed Alyammahi Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 Məktubda Ərəb Parlamentinin prezidenti Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıb. 
O, bildirib ki, bu əlamətdar gün Azərbaycan Respublikasının müasir tarixinin ən görkəmli səhifələrindən birini təşkil edir. Qeyd edilir ki, bu şərəfli gün nəinki qələbəni xatırladır, həm də Azərbaycan xalqının möhkəm iradəsinin yenidən canlanmış simvolu kimi çıxış edir və müdrik rəhbərlik altında əldə edilmiş görkəmli milli və inkişaf nailiyyətlərini, daha rifahlı gələcək uğrunda rəhbərliklə xalq arasında əzmkarlıq və birlik ruhunu təcəssüm etdirir.
Məktubda, həmçinin parlament dialoquna, ərəb və Azərbaycan xalqlarının təhlükəsizliyi, sabitliyi və inkişafı uğrunda səylərin birləşdirilməsinin təşviqi kimi ortaq məqsədlərə xidmət edən müxtəlif sahələrdə Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlığın genişləndirilməsinə sadiqlik nümayiş etdirilir, dost Azərbaycan xalqının daha da inkişafı və firavanlığı üçün səmimi arzular ifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31