“Elm və təhsilə dövlət dəstəyi artırılır -‘Bu addımlar qısa müddətdə nəticə verəcək’” - ÖZƏL

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı elmin strateji əhəmiyyətini bir daha gündəmə gətirdi. Cənab Prezident, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi tarixi diqqət və qayğını xatırladaraq qeyd edibi ki, 1970-80-ci illərdə formalaşan elmi məktəblər, yeni institutların yaradılması və alimlərin sosial təminatının gücləndirilməsi bu gün də inkişafın təməlini təşkil edir. 
Hazırkı mərhələdə elmin qarşısında duran əsas vəzifələr: texnoloji inkişaf və süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, sənaye və hərbi sənayenin dəstəklənməsi, bərpa olunan enerji, azad edilmiş ərazilərdə geoloji araşdırmalardır. 
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama verib: "Cənab Prezidentin Milli Elmlər Akademisyasında  çıxışı zamanı bir neçə sahəyə toxunması ilə yanaşı, təhsilə də xüsusi tapşırıqları oldu. Təhsildə gedən irəliləyişlərlə bağlı müəyyən qeydlər etdi. Ümumiyyətlə, dövlət tərəfindən Azərbaycanda təhsilin inkişafı istiqamətində müvafiq addımlar atılır. İşğaldan azad olunan ərazilərimizdə ümumi təhsil məktəblərinin bərpası və açılması, ali təhsil müəssisəsinin yaradılması dövlətin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bununla yanaşı, elmin inkişafı istiqamətində dövlət tərəfindən göstərilən diqqət və qayğı da cənab Prezident tərəfindən xüsusilə qeyd olundu. Hər hansı bir elm sahəsinin inkişafı istiqamətində addım atıldığı təqdirdə dövlət tərəfindən bu sahəyə xüsusi dəstək veriləcəyi bildirildi. Cənab Prezident müasir dövrlə ayaqlaşmaq, dünyanın aparıcı dövlətləri ilə ayaqlaşma aparmaq üçün Azərbaycanda xüsusi texnoloji avadanlıqların quraşdırılması, kompüter yönümlü sahələrin inkişaf etdirilməsi, süni intellektin inkişaf etdirilməsi, kiber təhlükəsizlik və rəqəmsallaşdırma istiqamətində lazımi addımların atılmasını tapşırdı. Mən düşünürəm ki, bu addımlar atılmalıdır. Niyə? Çünki bir neçə il sonra dünya dövlətləri ilə ayaqlaşmaq istəyiriksə, süni intellektin, rəqəmsal texnologiyanın, kiber təhlükəsizliyin və informasiya texnologiyalarının öz ölkəmizdə tətbiqinə başlamalıyıq. Mən hətta təklif etmişdim ki, orta ümumi təhsil məktəblərində süni intellekt dərslərinin keçirilməsi vacibdir. Ali təhsil müəssisələrində süni intellekt ixtisasının açılması da mütləqdir. Dünya dövlətləri ilə ayaqlaşmaq istəyiriksə, buna məcburuq. Yaxın gələcəkdə bu istiqamətdə lazımi addımların atılacağını təxmin edirəm.
Cənab Prezident qeyd etdi ki, elmin inkişafı istiqamətində hər hansı addım atılarsa, dövlət tərəfindən buna xüsusi dəstək göstəriləcək. Hesab edirəm ki, cənab Prezidentin tapşırıqları qısa müddətdə öz həllini tapacaq və elm və təhsil Naziri də üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirəcək.
Azərbaycanda alimlik dərəcəsi almaq istəyən müəllimlərin, elmi araşdırmalar aparmağı düşünən şəxslərin, alimlərin, mütəxəssislərin, elmlər namizədlərinin atacağı addımlara dövlət tərəfindən xüsusi dəstəyin göstərilməsi şərtdir. Bu da cənab Prezidentin təhsil sahəsində apardığı islahatların tərkib hissəsidir. Cənab Prezident qeyd etdi ki, təhsil sahəsində atılan hər bir addıma dövlət tərəfindən xüsusi dəstək veriləcək.
Hazırda dövlət tərəfindən təhsil istiqamətində kifayət qədər dəstək göstərilir. Təhsilə diqqət və qayğı lazımi səviyyədədir. Bunu bir neçə istiqamətdə qeyd etmək olar. Ali təhsil müəssisələrinin inkişafı istiqamətində atılan addımlar, xaricdə təhsil alan gənclərin dövlət proqramları ilə maliyyələşdirilməsi, hökumətlərarası təqaüd proqramları vasitəsilə gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dəstək- bunlar dövlətin təhsilə diqqətinin nümunələridir..Bununla yanaşı, orta ümumi təhsil məktəblərinin təmiri və tikintisi, müasir ixtisasların Azərbaycan ali təhsil müəssisələrində açılması,.Azərbaycanın beynəlxalq təşkilatlarla təhsil sahəsində əməkdaşlıqları, dünyanın aparıcı dövlətləriz xüsusilə Avropa ölkələri, Çin və Amerika ilə birgə ikili diplom proqramlarının həyata keçirilməsi, birgə ali təhsil müəssisələrinin -Türkiyə-Azərbaycan, Fransa-Azərbaycan, İtaliya-Azərbaycan universitetlərinin ölkəmizdə fəaliyyət göstərməsi də dövlətin təhsilə göstərdiyi diqqətin bariz nümunəsidir.  Elm və Təhsil Nazirliyinin atdığı addımlar- sertifikasiya imtahanlarının keçirilməsi, müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi də dövlətin təhsilə göstərdiyi diqqətin bir parçasıdır. Əvvəllər məktəb direktorları fərqli yollarla seçilirdisə, indi bu proses imtahanla, daha şəffaf və sistemli həyata keçirilir. Hesab edirəm ki, yaxın 3-5 ildə Azərbaycanda aparılan təhsil islahatlarının nəticəsini rahat şəkildə görə biləcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31