Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov noyabrın 6-da Türkiyə Respublikasının Ərdahan şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkilləri səfər çərçivəsində Ərdahan Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin tələbəsi olmuş, İkinci Qarabağ müharibəsi şəhidi Mustafa Kərimovun xatirəsinə həsr edilən Anım Konfransına qatılacaqlar və həmin konfrans zalına şəhidimizin adının verilməsi mərasimində iştirak edəcəklər.
Səfər noyabrın 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31