Elm və texnologiya sintezi iqtisadi inkişafı sürətləndirir- ÖZƏL

"Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr edilmiş mərasimdəki  nitqində vurğulanan məqamlardan biri də texnoloji tərəqqinin milli prioritet kimi müəyyən edilməsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Müasir dövrdə dövlətlərin rəqabət gücü yalnız təbii resurslarla deyil, intellektual və texnoloji imkanlarla ölçülür. Elm və texnologiya sintezi iqtisadi inkişafı sürətləndirir, innovasiyaya əsaslanan idarəetmə modelini formalaşdırır və cəmiyyətin dayanıqlılığını təmin edir. Bu istiqamətdə qarşıya qoyulan məqsəd - süni intellekt, rəqəmsal texnologiyalar, informasiya sistemləri, enerji səmərəliliyi və ekoloji innovasiyalar kimi sahələrdə müasir elmi nailiyyətləri tətbiq etməkdir. Dövlət bu sahədə gənc mütəxəssislərə, startap təşəbbüslərinə və elmi layihələrə geniş dəstək verir. Azərbaycan Prezidentinin "Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır" fikri bu istiqamətdə dövlət siyasətinin qlobal düşüncə ilə uzlaşdığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31