Ramil Usubov Rusiyaya GETDİ
13:13 SiyasətAzərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər edib.
R.Usubov Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə birlikdə Moskvadakı Aleksandr bağında yerləşən Naməlum Əsgərin məzarı yaxınlığındakı Əbədi Məşəlin önünə əklil və gül dəstələri qoyub.
Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, onun Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları, eləcə də Moldova və Türkmənistanın nümayəndələri, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi iştirak ediblər.
Qeyd edək ki, bu gün Moskvada MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclası keçirilir.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31