Qriqoryan Azərbaycana TƏŞƏKKÜR ETDİ
11:45 SiyasətHazırda Rusiyadan Ermənistana taxıl daşıyan qatar artıq Azərbaycandan Gürcüstan istiqamətində keçir.
Olaylar.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyinə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.
"Rusiyadan Ermənistana gedən taxıl qatarı artıq Azərbaycandan keçərək Gürcüstana gedir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri nə qədər yüksək qiymətləndirirəm. Bu tədbir qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir", - o deyib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31