Azad olunmuş ərazilərdə həqiqətən həyat sürətlə canlanır - Baş prokuror
10:46 Siyasətİşğaldan azad olunmuş ərazilərdə həqiqətən həyat sürətlə canlanır.
Olaylar.az xəbər verir ki, bunu bu gün "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransda Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin "Biz Qarabağı cənnətə çevirəcəyik" sözlərinin artıq reallıqda şahidi oluruq:
"Artıq Zəngilan, Laçın, Füzuli və digər rayonlarda daxil olmaqla öz doğma yurd yuvalarına qayıdanlarla birlikdə işğaldan azad edilmiş ərazilərimizdə 50 mindən artıq vətəndaş daimi məskunlaşıb.
Sevindirici haldır ki, həmin vətəndaşlardan 20 min nəfəri öz doğma yurdlarına köçürülmüş soydaşlarımız olsa da, digərləri işğaldan azad edilmiş ərazilərdə xidməti fəaliyyətlərini icrası, yaxud təhsil üçün üz tutmuş vətəndaşlarımız, gənclərimizdir".
Baş prokuror qeyd edib ki, bu gün Zəngilan da daxil olmaqla bütün azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, sosial və iqtisadi inkişafa yönəlmiş tədbirlər ardıcıl həyata keçirilir:
" Müasir avtomobil yolları, hava limanları, enerji və su təchizatı xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri bu torpaqlarda yeni həyatın təməlini qoyur".