Milli Məclisin Zəfər Bəyanatı beynəlxalq parlament təşkilatlarına göndərilib

Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabr tarixli plenar iclasında qəbul edilmiş 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib. Bu barədə Milli Məclisdən "Olaylar"a daxil olan məlumatada bildirilib ki,  Bəyanatda 2020-ci ilin sentyabr - noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edildiyi vurğulanır. Bəyanatda bildirilir ki, bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31