Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında ASAN Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Olaylar.az fərmanın mətnini təqdim edir:

1. 2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31