Sülh prosesinə qarşı siyasi təzyiqlər edilir- ÖZƏL

"Kreml təkcə açıq siyasi bəyanatlarla deyil, həm də informasiya və diplomatik təzyiqlər vasitəsilə region ölkələrini mövqelərindən çəkindirməyə çalışır. Bu prosesdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xüsusi fəallıq nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımlar və "erməni soyqırımı" iddiasında yumşalma Kremlin ciddi narahatlığına səbəb olub. Çünki Moskva əsrlər boyu bu məsələdən region xalqları arasında nifaq toxumu səpməklə öz nəzarətində saxlamaq üçün istifadə edib.
Zaxarovanın "erməni soyqırımı"nın "müqəddəsliyinə" toxunulmasını xəyanət kimi qiymətləndirməsi və Paşinyana qarşı sərt ifadələr işlətməsi, Kreml üçün bu kartın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir. Onun "xalq müqəddəs saydıqlarına xəyanət edirsə, yox olmağa məhkumdur" kimi bəyanatları Moskvanın hələ də emosional və ideoloji təzyiq alətlərindən istifadə etdiyini nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31