Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
1 Noyabr 2025 11:26 SiyasətPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Olaylar.az manset.az-a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq Əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.
Digər Əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31