Ermənistandan Azərbaycanla bağlı SENSASİON QƏRAR – SİYAHI AÇIQLANDI
31 Oktyabr 20:54 SiyasətErmənistan Respublikasının baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib.
Qərara əlavə olunan siyahıya əsasən, komissiyanın tərkibi belədir:
Mher Qriqoryan - Ermənistan Respublikasının baş nazirinin müavini, Komissiyanın sədri;
Karen Andreasyan - beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndə;
Armenak Xaçatryan - baş nazir aparatının rəhbərinin müavini;
Anna Karapetyan - ədliyyə nazirinin müavini;
Vaqan Kostanyan - xarici işlər nazirinin müavini;
Robert Abisogomonyan - xarici işlər nazirinin müavini;
Anuşik Avetyan - iqtisadiyyat nazirinin müavini;
Armen Kazaryan - daxili işlər nazirinin müavini;
Armen Simonyan - ərazi idarəetməsi və infrastruktur nazirinin müavini;
Kristine Qaleçyan - ərazi idarəetməsi və infrastruktur nazirinin müavini;
Avak Avanesyan - maliyyə nazirinin müavini;
Artaşes Tumanian - baş nazirin müşaviri;
Rafael Gevorqyan - Dövlət Gəlirləri Komitəsi sədrinin müavini;
Gevorq Manukyan - Kadastr Komitəsi sədrinin müavini;
Esai Mkrtçyan - Milli Təhlükəsizlik Xidmətinin direktor müavini;
Davit Sanamyan - Milli Təhlükəsizlik Xidmətinin direktor müavini;
Artyom Sudjyan - beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndənin aparat rəhbəri;
Anait Şirinyan - Təhlükəsizlik Şurası aparatının rəhbəri;
Sergey Petrosyan - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi-topoqrafiya xidməti rəisi, general-mayor;
Saak Saakyan - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əsas təşkilati-səfərbərlik idarəsinin hərbi kommunikasiya xidmətinin rəisi, polkovnik;
Karen Sarkisyan - ərazi idarəetməsi və infrastruktur nazirinin müşaviri;
Qoar Abaciyan - "İnvestisiya Dəstəyi Mərkəzi" Fondunun direktoru (razılıqla).
Yeni daxil olan üzvlər: Karen Andreasyan, Artaşes Tumanian və Anait Şirinyan.
Musavat.com