Konstitusiyamız vətəndaşların hüquq və azadlıqlarını təmin edib- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Bu tarixi sənəd Azərbaycan dövlətçiliyinin əsaslarını müəyyənləşdirərək, vətəndaşların hüquq və azadlıqlarını təmin edib, ölkəmizin sabit və güclü gələcəyinə yol açıb.
Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbə Azərbaycan tarixində əlamətdar hadisədir. Bu Qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, xalqımızın iradəsini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31